Azərbaycanın 5 milyon 274 min manat zərər edən Bankı - Hesabat

16:47 - 26.07.2022


26 iyul, Fineko/abc.az. Azərbaycan bankları 2022-ci ilin 2-ci rübünün yekunlarını açıqlayıblar.

ABC.AZ Bankların maliyyə göstəricilərinə istinadən xəbər verir ki, artıq bir bank ilk yarım ili zərərlə başa vurduğunu elan edib.

Belə ki, "Bank BTB" 2-cü rübü 5 milyon 274 min manat zərərlə başa vurub.

Bankın hesaabatından aydın olur ki, hesabat dövründə Bank BTB-nin faiz gəlirləri 12 milyon 997 min manat, faiz xərcləri 8 milyon 35 min manat təşkil edib.

Nəticədə bankın xalis faiz gəliri 4 milyon 962 min manat olub.

Müəllif: Elmir Murad