"Günay Bank"da nə baş verir?

14:55 - 26.07.2022


26 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Günay Bank"da kreditlər artıq bir neçə aydır ki, dayandırılıb.

ABC.AZ Fed.az-a istinadən xəbər verir ki, bunu bankın kredit portfeli ilə bağlı göstəricilərdən də görmək mükündür.

Belə ki, ilin əvvəlindən indiyədək bankın istehlak kreditləri portfeli ardıcıl olaraq azalmaqdadır.

Biznes kreditləri portfelində davamlı azalma ötən ildən başlayıb və indiyədək davam edir.

Biznes kreditlərinə gəlincə isə, bankdan bildirilib ki, bankdan biznes krediti almaq istəyən qurumlar burada hesab açaraq azı 3 ay dövriyyə etməlidir, yalnız bundan sonra onların kredit müraciətlərinə baxılacaq.