16:28 - 25.07.2022
25 iyul, Fineko/abc.az. Təmassız ödənişlər üzrə yüksək artım tempi, ilk növbədə, təmassız ödəniş infrastrukturu göstəricilərinin yüksəlməsi ilə əlaqədardır. Belə ki, hazırda dövriyyədə olan ödəniş kartlarının 70 faizi, POS-terminalların isə 82 faizi təmassız ödəniş texnologiyasını dəstəkləyir.
ABC.AZ-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablamalar departamentinin böyük mütəxəssisi Rəşad Qasımov deyib.
R.Qasımov qeyd edib ki, sözügedən ödənişlərdən istifadənin artmasında ən önəmli faktorlardan biri də əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşmasıdır.
Xüsusilə pandemiya məhdudiyyətlərinin təsiri ilə daha geniş vüsət alan təmassız ödənişlər istehlakçılar tərəfindən gündəlik əsasda əldə olunan mal və xidmətlərin dəyərinin heç bir fiziki təmas olmadan daha rahat, sürətli və təhlükəsiz formada aparılmasına imkan yaradır.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026