12:12 - 25.07.2022
25 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Premium Bank" 2022-ci ilin ilk yarım ilinin nəticələrini açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə Bankın faiz xərcləri 1,75 dəfə və ya 43% azalaraq 8,66 milyon manatdan 4,9 milyon manata enib.
Faiz xəriclərinin azalması bankın depozitlər üzrə ödədiyi faizlərin aşağı düşməsi ilə bağlıdır – bu məbləğ 8 milyon manatdan 4,3 milyon manata enib.
Hesabat dövründə "Premium Bank"ın qeyri-faiz gəlirləri 7,5 milyon manat təşkil edib.
Bunun 5,4 milyon manatı haqqı və kommisya gəlirləri, 2,1 milyon manat isə xarici valyuta əməliyyatlarından gələn gəlirlər olub.
Bankın qeyri-faiz xərclərində isə 1,3 milyon manat və ya 9,1% azalma var. Bank buna digər xərclər bölməsinə 2 milyon manat qənaət etməklə nail olub.
Müəllif: Elmir Murad
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026