15:41 - 22.07.2022
22 iyul, Fineko/abc.az. 2022-ci ilin ikinci rübündə “Yapı Kredi Bank Azərbaycan” QSC ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis mənfəətini əhəmiyyətli dərəcədə artıraraq, 1 milyon 361 min AZN-ə çatdırıb.
Bu barədə ABC.AZ Bankın açıqladığı hesabata əsasən xəbər verir.
Qeyd olunan dövr üçün bankın aktivləri 383.8 mln. manat, kredit portfeli ise 220.9 mln manat olmuşdur. Ötən ilin sonu ilə müqayisədə müştərilərə verilən kreditlərin ümumi həcmində 26% olmaqla, biznes kreditlərinin 36% artımı müşahidə edilib. Belə ki, korporativ müştərilərə verilən kredit portfelinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artaraq 2022-ci ilin ikinci rübündə 160 milyon manata çatmışdır və xüsusilə qeyd etmək lazımdır ki, həmin portfelin iqtisadi sahələr üzrə strukturunda qeyri-neft sektoru üstünlük təşkil edir.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026