11:44 - 22.07.2022
22 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor vəzifəsinə təyinat olub.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, AMB-nin sədri Taleh Kazımovun 20 iyul 2022-ci il tarixli əmri ilə Gülər Azər qızı Paşayeva sözügedən vəzifəyə təyin edilib.
Bununla da, qurumun baş direktorlarının sayı 7-yə çatıb.
G.Paşayeva əmək fəaliyyətinə 2011-ci ildə “PAŞA Bank” ASC-də kassir vəzifəsində başlamış, 2012-ci ilin yanvar-avqust aylarında Bankın Korporativ sənədlərlə İş və protokol təminatı departamentinin icraçısı, 2012-2013-cü illərdə Hüquq və təşkilati işlər departamentinin Korporativ katiblik şöbəsinin kolleqial orqanlarla iş üzrə koordinatoru, 2013-2015-ci illərdə həmin departamentin Hüquq şöbəsinin məsləhətçisi, 2015-2021-ci illərdə Korporativ Katiblik şöbəsinin rəhbəri, 2021-2022-ci illərdə Korporativ idarəetmə və inzibatçılıq departamentinin direktoru vəzifələrində çalışıb.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026