12:15 - 8.05.2020
8 may, Fineko/abc.az. “AzerGold” QSC Çovdar Filiz Emalı Sahəsində 2020-ci il üçün nəzərdə tutulmuş cari təmir və abadlıq işlərinin satın alınması üçün açıq tender keçirir.
Tenderdə iştirak haqqı 400 manatdır.
ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 03.06.2020 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 11.06.2020 15:00 qədər təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 12.06.2020 15:00 tarixində aparılacaq.
Əlaqələndirici şəxs: Aygül Tağıyeva
Telefon: (994 12) 505-02-02
Ünvan: Bakı, Mikayıl Müşfiq küç., 2H
12 Июня 2026