11:57 - 26.11.2026
26 noyabr, Fineko/abc.az. Bundan sonra uşaqlar üçün nəzərdə tutulmuş oyuncaqlar sertifikatlaşdırılacaq.
Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda media nümayəndələri üçün keçirilən tədbirində Texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev deyib.
O bildirib ki, artıq oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/AZ) Nazirlər Kabinetinin 7 oktyabr 2026-cı il tarixli 327 nömrəli Qərarı ilə təsdiq edilib. Dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minəcək:
"Reqlament oyuncaq musiqi alətləri və qurğularını, uşaq toplarını, uşaqlar üçün hovuzları və digər oyuncaqları əhatə edir. Uşaqların və onlara nəzarət edən şəxslərin həyat və sağlamlığının qorunması üçün oyuncaqların konstruksiyasına, istifadə olunan materiallara, kimyəvi, fiziki-mexaniki, elektrik və gigiyenik göstəricilərinə məcburi tələblər müəyyən edilir. Bu mal qrupu üçün uyğunluğun qiymətləndirilməsi sertifikatlaşdırma ilə aparılacaq".
Müəllif: Elmir Muradov
26 Ноября 2026
26 Ноября 2026
26 Ноября 2026
25 Ноября 2026
24 Ноября 2026
25 Ноября 2026
24 Ноября 2026