11:11 - 23.11.2026
23 noyabr, Fineko/abc.az. “AzərEnerji” ASC “Azərbaycanda Bərpa Olunan Enerji Mənbələrinin Genişləndirilməsi – AZURE” layihəsinin ikinci mərhələsi çərçivəsində Mingəçevirdən Nəvahi istiqamətində 235 kilometr uzunluğunda 500 kilovoltluq yüksəkgərginlikli ötürmə xəttinin inşasına start verib.
Yeni xətt bərpaolunan enerji mənbələrinin vahid enerji sisteminə etibarlı inteqrasiyasını, qərb, mərkəz və şərq regionlarını birləşdirən 500 kilovoltluq dairəvi sxemin formalaşdırılmasını və enerjinin daha az itki ilə ötürülməsini təmin edəcək.
Layihənin birinci mərhələsində artıq 500/300 kilovoltluq “Nəvahi Yaşıl Enerji Qovşağı”nın tikintisi tamamlanıb, eləcə də ümumi uzunluğu 245 kilometrdən artıq olan Nəvahi–Abşeron (500 kV) və “Biləsuvar” və “Bankə” Günəş elektrik stansiyalarına (330 kV) ötürmə xətləri çəkilib.
Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan ikinci mərhələ çərçivəsində həmçinin “Nəvahi Yaşıl Enerji Qovşağı”nın transformator və reaktorlarla təchiz edilməsi, yaxın vaxtlarda isə Ələt, Abşeron və Qobu istiqamətlərində 330 kilovoltluq üç yeni ötürmə xəttinin tikintisinə başlanılması nəzərdə tutulur.
23 Ноября 2026
23 Ноября 2026
23 Ноября 2026
23 Ноября 2026
23 Ноября 2026
23 Ноября 2026
23 Ноября 2026
23 Ноября 2026
23 Ноября 2026