“AzerGold”un ixrac gəlirləri 180milyon dolları ötdü — 22%-lik kəskin artım

15:59 - 29.09.2026


29 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-avqust aylarında “AzerGold” QSC 180,6 milyon dollar dəyərində qiymətli metal ixrac edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın sentyabr buraxılışına əsasən, cəmiyyətin ixrac gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,6 milyon dollar və ya 22% artıb.

Xatırladaq ki, 2025-ci ilin analoji dövründə “AzerGold” QSC-nin ixrac gəlirləri 148 milyon dollar təşkil etmişdi.