17:05 - 6.07.2026
6 iyul, Fineko/abc.az. “Sumqayıt Tekstil” MMC-nin nizamnamə kapitalı azaldılıb.
Dövlət qeydiyyat məlumatlarına əsasən, şirkətin nizamnamə kapitalı 10.112 mln. manatdan 5.45 mln. manata endirilib. Bununla da şirkətin kapitalı 4.662 mln. manat və ya təxminən 46.1% azalıb.
Bu azalma ilə bağlı hələ 11 mart 2026-cı il tarixində elan verilmişdi.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Sumqayıt Tekstil”i 2023-cü ilin avqust ayında özəlləşdirib. Bununla bağlı elan edilmiş investisiya müsabiqəsinin qalibi “Sumqayıt Texnologiyalar Parkı” MMC olub.
6 Июля 2026
6 Июля 2026