17:24 - 27.11.2024
27 noyabr, Fineko/abc.az. Rusiyanın Kurqan vilayətinin müəssisələri bu ilin əvvəlindən Azərbaycana 100,8 ton ət konservi tədarük edib.
ABC.AZ xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un məlumatında bildirilib.
Qeyd edilib ki, noyabrın 26-da “Rosselxoznadzor”un Ural Regional İdarəsinin nəzarəti altında Kurqan vilayətindən Azərbaycana 16,6 ton ət konservi ixrac edilib.
Məhsullar əvvəlcədən Rusiyanın müvafiq müəssisələrinin birində lazımi laboratoriya sınaqlarından keçib. Mütəxəssislər idxalçı ölkənin keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiqləyiblər. (Report)