Ötən il 41 538 gəncin işlə təmin olunduğu iddia edilir?

15:13 - 2.02.2024


2 fevral, Fineko/abc.az. Ötən il 41 538 gənc münasib işlərlə təmin edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, son bir ildə 3 minədək gənc üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb.

41 538 gənc münasib işlərlə təmin edilib, 3 minədək gənc üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb, 5005 gənc peşə hazırlığı kurslarına cəlb olunub, əsasən gənclərdən ibarət 281 539 şəxsə peşəyönümü məsləhət xidmətləri göstərilib.

Eyni zamanda son bir ildə “Səyyar kofe evləri” layihəsi çərçivəsində də 20 nəfər işsiz şəxsə lazımi avadanlıqlar verilərək onlar üçün səyyar kofe satışı üzrə kiçik bizneslər yaradılıb. Layihə üzrə 1500 gəncin təcrübə proqramlarına cəlb olunması nəzərdə tutulub.

Вся лента