11 milyon manatlıq mühafizə tenderi "Euroline” QSC-yə həvalə olundu

16:11 - 11.09.2023


11 sentyabr, Fineko/abc.az. Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti iri məbləğli tenderin qalibini açıqlayıb. 

ABC.AZ verir ki, qalib “Euroline” QSC (3000031181) şirkəti seçilib.

Şirkətlə 11 milyon 300 min 13 manat məbləğində müqavilə imzalanıb.

Müqavilədə “Balakən rayonunun Mahamalar və digər yaşayış məntəqələrinin Balakənçay və Katexçay sel sularından mühafizəsi tədbirləri” nəzərdə tutulur.

 

Вся лента