İran Çin ilə birgə 6 növ elektromobil istehsal edəcək

15:11 - 18.12.2023


18 dekabr, Fineko/abc.az. İran Çinin iştirakı ilə 6 növ elektromobil inşa edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə İranın sənaye, mədən və ticarət nazirinin nəqliyyat məsələləri üzrə müavini Manuçehr Manteki bildirib.

Onun sözlərinə görə, İranın 6 avtomobil istehsalçısı, o cümlədən iki iri avtomobil istehsalçısı və özəl sektorda avtomobil istehsalçıları İran və Çin arasında imzalanmış 25 illik strateji plan çərçivəsində Çin şirkətləri ilə əməkdaşlıqda elektrik avtomobilləri istehsal edəcəklər.