Bu Bankın depozit portfeli 42 faizdən çox artıb

14:47 - 21.07.2022


21 iyul, Fineko/abc.az. "Naxçıvanbank"ın depozit portfeli 2021-ci illə müqayisədə cari ilin ikinci rübündə fiziki və hüquqi şəxslərin depozitləri ilə birlikdə 42.5 % artaraq 169 milyon 292 min manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bankın depozit portfeli müddətli kreditlər hesabına 14 milyon 324 min manat artıb.

Qeyd etmək lazımdır ki, hesabat dövrü ərzində banka cəlb edilmiş vəsaitlər üzrə kapital ötən ilin qeyd olunan dövrünə nisbətən 9.2 % artıb.

Nizamnamə kapitalının artımı 9 milyon 570 min manat və ya 11.3 % təşkil etmişdir.

Ümumilikdə “Naxçıvanbank” ASC-nin nizamnamə kapitalı 94 milyon manata yüksəlib.