Ümumi aktivlərinin həcmi 67 milyon 527 min manat artan Azərbaycan Bankı

14:29 - 21.07.2022


21 iyul, Fineko/abc.az. Naxçıvanbank 2022-ci ilin ikinci rübü üçün maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, Bankın yaydığı məlumatda bildirilir ki, 2022-ci ildə Naxçıvanbankın ümumi aktivlərinin həcmi 67 milyon 527 min manat artıb.

Sözügedən dövrdə bankın aktivləri ötən ilin müvafiq dövründən 24.4 % daha çox olub.

Naxçıvanbank kredit portfelinin həcmi ikinci rübün hesabat dövründə 31.5 % yəni, 39 miliyon 475 min manat artımla 164 milyon 562 min manata yüksəlib.