Bank sektorunun kredit qoyuluşları bu qədər artıb

12:26 - 22.06.2022


22 iyun, Fineko/abc.az. 1 İyun 2022-ci il tarixində bank sektorunun cəmi kredit qoyuluşları 18 milyard 8,3 milyon manata çatıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, mayın 1-də cəmi kredit qoyuluşları 17 milyard 840,4 milyon manat təşkil etmişdi.

Beləliklə may ayında kredit qoyuluşları 257,9 milyon manat artıb.

Müqayisə üçün qeyd edək ki, apreldə kredit qoyuluşları 312,2 milyon manat artmışdı.

Həmçinin kredit qoyuluşları yanvarda 122,3 milyon manat, fevralda 345,1 milyon manat, martda 401,7 milyon manat artmışdı.

Cari ilin 5 ayında kredit qoyuluşları 1 milyard 439,2 milyon manat artıb.

 

Kredit qoyuluşları (mln. AZN)

 

01.06.2022     18098.3

 

01.05.2022     17840.4

 

01.04.2022     17528.2

 

01.03.2022     17126.5

 

01.02.2022     16781.4

 

01.01.2022     16659.1