Valyuta hərracında banklar tələbi 2 dəfədən çox artırıblar

12:37 - 21.06.2022


21 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, iyunun 21-də keçirilən valyuta hərracında $54,0 mln satılıb bu, ötən hərracda olduğundan $30,3 mln (2,28 dəfə) çoxdur.

"Banklar tərəfindən valyuta hərracında tələb $54,0 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.