Mərkəzi Bankda iclas keçirildi - Faiz dəhlizi parametrləri barədə qərar verildi

16:48 - 17.06.2022


17 iyun, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyəti (İH) faiz dəhlizi parametrləri ilə bağlı iclas keçirib.

ABCAZ xəbər verir ki, ölkənin əsas bankında belə qənaətə gəlinib ki, faiz dəhlizi parametrləri sabit saxlanılmalıdır.

Elə bu barədə qərar qəbul edilib. Məlumata görə, uçot dərəcəsi 7,75 %, dəhlizin aşağı həddi 6,25 %, yuxarı həddi isə 9,25 % səviyyəsində saxlanılıb.

Bu qərar bu gündən qüvvəyə minir. Mərkəzi Bankın İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyulun 29-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.