15:06 - 14.06.2022
14 iyun, Fineko/abc.az. "Wall Street"in iki ən böyük bankı JPMorgan və Goldman Sachs, Bayden administrasiyasının ABŞ investorlarına Rusiya istiqrazları ilə ticarət etməsinə qadağa qoymasından sonra bu əməliyyatlardan çəkildiklərini açıqlayıblar.
ABC.AZ xəbər verir ki, JPMorgan, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) ABŞ-dakı investorlara Rusiya istiqrazlarını almağı qadağan etdikdən sonra əməliyyatlardan çəkilib.
Goldman Sachs sözçüsü isə sözügedən əməliyyatları dayandırdığını açıqlayıb.
Qeyd edilib ki, ABŞ investorları Rusiya istiqrazlarını sata və ya saxlaya bilər, lakin yenilərini ala bilməzlər.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026