10:44 - 14.06.2022
14 iyun, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) bu gündən etibarən altıncı sanksiyalar paketi çərçivəsində Rusiyanın bir neçə bankını “SWIFT” sistemindən ayırır.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, burada söhbət “Sberbank”, “Moskva kredit bankı”, eləcə də “Rosselxozbank”dan gedir.
Bununla yanaşı, Aİ Belarusun Yenidənqurma və İnkişaf Bankını da sözügedən sistemdən ayırır.
Xatırladaq ki, Aİ iyunun 3-ü Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiq edib. Sözügedən sanksiyalar Aİ ölkələrinin 6 ay ərzində Rusiyadan neft idxalından, 8 ay ərzində isə neft məhsullarının idxalından imtina etməsini nəzərdə tutur.
Müəllif: Elmir Murad
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026