Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitlərdən 71,9 %-i tikinti sahəsinə ayrılıb

14:01 - 13.06.2022


13 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu ilin yanvar-may aylarında əsas kapitala 4 milyard 915,5 milyon manat məbləğində vəsait yönəldilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 657,3 milyon manatını və ya 74,4 %-ni daxili vəsaitlər təşkil edib.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 534,4 milyon manatı və ya 71,9 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52 %, büdcə vəsaitləri 34,4 %, əhalinin şəxsi vəsaitləri 6,8 %, sair vəsaitlər 5,1 %, bank kreditləri isə 1,7 % təşkil edib.