Azərbaycana pul köçürmələri həyata keçirən ölkələrin beşliyi - Siyahı

17:31 - 10.06.2022


10 iyun, Fineko/abc.az. Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə ($23,418 milyon, artım 17,8%), ABŞ ($32,876 milyon, artım 2,8 dəfə), Almaniya ($12,144 milyon, artım 2,4 dəfə) və Qazaxıstan da ($7,886 milyon, azalma 1,5%) daxildir.

ABC.AZ İnteefax-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələrinin həcmi 24,3% artaraq $151,548 milyona çatıb.

Fiziki şəxslərin Azərbaycandan pul köçürmələri həyata keçirdiyi ölkələr arasında birinci yeri Türkiyə ($40,931 milyon, artım 22,1%) tutur. 2021-ci ilin yanvar-mart aylarında Azərbaycandan bütün köçürmələrin 27%-i (2021-ci ilin yanvar-mart aylarında 27,5%) Türkiyənin payına düşüb. Hesabat dövründə Azərbaycandan Rusiyaya pul köçürmələri $20,683 milyon (azalma 20,3%), xüsusi çəki 13,6% (bir il əvvəl 21,3%) təşkil edib.