Azərbaycana pul köçürmələri artıb - 5 faizdən çox

17:23 - 10.06.2022


10 iyun, Fineko/abc.az. 2022-ci ilin yanvar-mart aylarında fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri $239,971 milyon təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,9% çoxdur.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Hesabat dövründə köçürmələrin böyük hissəsi - $99,703 milyon (azalma 16,9%) və ya fiziki şəxslərin bütün köçürmələrinin 41,5%-i (2021-ci ilin yanvar-mart aylarında xüsusi çəki 52,9%) Rusiyadan həyata keçirilib.