15:56 - 10.06.2022
10 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Hesablama Palatasının “Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata rəy”ini yayıb.
ABC.AZ sözügedən rəyə istinadən xəbər verir ki, Neft Fondunun 2021-ci ilin büdcəsində proqnoz dövrü üzrə 1 barel xam neftin orta illik qiyməti 40 ABŞ dolları nəzərdə tutulduğu halda 2021-ci il ərzində xalis mədaxil qiyməti 65,4 ABŞ dolları təşkil edib.
"Xam neftin orta illik xalis mədaxil qiymətinin Fondun büdcəsində nəzərdə tutulmuş illik qiymətə nisbətdə 63,5 % artıq olması, vəsaitlərin idarəedilməsindən gəlirləri proqnoza nisbətdə 332,7 % çox icra edilməsi, eyni zamanda Fondun hesabat ilində büdcədənkənar xərclərinin olması, büdcə xərclərinin isə 7 % az icrası nəticəsində Fondun valyuta ehtiyatlarının ilin əvvəli ilə müqayisədə artmasına şərait yaradıb" deyə sənəddə qeyd olunub.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026