15:40 - 10.06.2022
10 iyun, Fineko/abc.az. Ötən il Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcəsinin icrası defisitlə proqnozlaşdırıldığı halda neftin xalis mədaxil qiymətinin büdcədə nəzərdə tutulduğundan artıq olması, idarəetmə gəlirlərindəki müsbət tendensiya, eyni zamanda xərclərin proqnoza nisbətdə az icrası fonunda Fondun büdcəsi profisitlə yekunlaşıb.
ABC.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata rəy”ində bildirilib.
"2021-ci ilin 1 yanvar tarixinə Dövlət Neft Fondunun vəsaiti 73 milyard 488,7 milyon manat və ya 43 milyard 564,3 milyon ABŞ dolları təşkil edib. 2021-ci il ərzində manat ifadəsilə Neft Fondunun büdcə gəlirlərinin ümumi həcmi 15 milyard 985,7 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (8 milyard 001,2 milyon manat) 199,8 % səviyyəsində icra edilib.
2021-ci il ərzində ARDNF-in büdcə xərcləri 11 milyard 382,7 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (12 milyard 249,4 milyon manat) 92,9 % səviyyəsində icra olunub. 2021-ci ilin sonuna Dövlət Neft Fondunun büdcəsində 4 milyard 603 milyon manat və yaxud 2 milyard 707,4 milyon ABŞ dolları məbləğində profisit yaranıb (2020-ci il üzrə 3 milyard 064,5 manat və ya 1 milyard 802,4 milyon ABŞ dolları defisit təşkil edib)", - deyə sənəddə qeyd olunub.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026