“PAŞA Bank”a Baş İcraçı direktor təyin edildi

15:08 - 10.06.2022


10 iyun, Fineko/abc.az. Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, 9 iyun tarixindən etibarən Cavid Quliyev “PAŞA Bank”ın Baş İcraçı direktoru və İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

ABC.AZ xəbər verir ki, Cavid Quliyev “PAŞA Bank”da öz əmək fəaliyyətini 2015-ci ildə Bankın İdarə Heyəti sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsində başlayıb.

23 fevral 2016-cı ildə isə C. Quliyev “PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini vəzifəsinə, 5 mart 2018-ci ildə isə Bankın İdarə Heyəti sədrinin müavini və Baş Kommersiya inzibatçısı vəzifəsinə təyin edilib.