Üç ayda Azərbaycandan 1 milyard dollardan çox kapital çıxarılıb

11:07 - 10.06.2022


10 iyun, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycandan kapital axını 1 195,6 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Xatırladaq ki, ötən ilin eyni dövründə əks proses baş verib - ölkəyə 14,4 milyon dollar kapital axını qeydə alınıb.

Müəllif: Elmir Murad