Bu Bank faiz qərarı açıqlayacaq

10:22 - 9.06.2022


9 iyun, Fineko/abc.az. Bu gün Avropa Mərkəzi Bankı (AMB, ECB) Bakı vaxtı ilə saat 15:45-də faiz qərarını açıqlayacaq.

ABC.AZ xəbər verir ki, Avropa Mərkəzi Bankının faizlərini dəyişməyəcəyi gözlənilir.

Lakin Bankın açıqlamasında və saat 16:30-da AMB sədri Kristin Laqardın keçirəcəyi mətbuat konfransında verəcəyi açıqlamalar diqqətlə izlənəcək.

Avropa Mərkəzi Bankının iyul ayında faizi artıracağına işarə verəcəyi gözlənilir.