Rusiyanın beynəlxalq ehtiyatları 1 ayda 5,6 milyard dollar azalıb

16:52 - 8.06.2022


8 iyun, Fineko/abc.az. Rusiyanın beynəlxalq ehtiyatları mayda 5,6 milyard dollar, ilin əvvəlindən isə 43,2 milyard dollar azalıb.

ABC.AZ xəbər verir ki, Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 2022-ci il mayın 1-nə olan 593,052 milyarda qarşı 1 iyun tarixinə 587,423 milyard dollar təşkil edib.

Belə ki, may ayında göstərici 5,629 milyard dollar, bu ilin əvvəlindən beş ay ərzində isə 43,204 milyard dollar azalıb. Bu da bütün 2021-ci ildəki artımı (34,85 milyard dollar) əhəmiyyətli dərəcədə üstələyir.

Onu da qeyd edək ki, Ukrayna hadisələri və bununla bağlı sanksiyalar fonunda Rusiya Bankı artıq ehtiyatlar haqqında məlumatların dərcini dayandırıb.

Müəllif: Elmir Murad