Kriptovalyuta bazarında qiymətlər aşağı düşüb

15:36 - 7.06.2022


7 iyun, Fineko/abc.az. İstiqraz gəlirlərinin artması qlobal bazarlarda risk iştahını azaldaraq kriptovalyuta bazarında qiymətləri də aşağı salıb.

Bitcoin-in qiyməti yenidən 30 min dollardan aşağı düşüb.

ABC.AZ xəbər verir ki, ən böyük kriptovalyuta olan Bitcoin 7,1 faiz ucuzlaşaraq 29 min 209 dolları test edib.

Bu, mayın 30-dan bəri görülən ən aşağı səviyyədir. Ethereum isə 7,3 faiz ucuzlaşaraq 1725 dollara geriləyib. Avalance təxminən 9,3 faiz aşağı düşüb.

Analitiklər bildirir ki, yuxarı bir "katalizator" olmasa, cari əhval-ruhiyyənin davam edəcəyi ehtimalı var.