Valyuta hərracında banklar tələbi 68% azalıb

12:48 - 7.06.2022


7 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, iyunun 7-də valyuta hərracında $18,2 mln satılıb bu, ötən hərracda olduğundan $38,2 mln (67,73%) azdır.

"Banklar tərəfindən valyuta hərracında tələb $18,2 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.