16:23 - 3.06.2022
3 iyun, Fineko/abc.az. İranın “Sina” bankının Həştərxan vilayətində nümayəndəliyi açıla bilər.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Mostazafan İslam İnqilabı Fondunun rəhbəri Pərviz Fəttah Rusiya vilayətinin qubernatoru İqor Babuşkinlə görüşdə bildirib.
“Əvvəllər yalnız bizdə bank sektorunda problemlər var idi, çünki İran sanksiyalar altındadır, indi isə bu problem Rusiya üçün də aktuallaşıb.
Bu problemi həll etmək üçün birlikdə çalışmalıyıq. Biz icazə alıb bura bizim fondumuza aid olan bankın nümayəndəliyinə daxil olmaq istəyirik”, - deyə Fəttah bildirib.
Qeyd edək ki, Rusiya və İran “Mir” və “Şetab” ödəniş sistemlərini birləşdirmək barədə razılığa gəliblər. Onun sözlərinə görə, Rusiya və İran artıq neft və qazın mübadilə tədarükü, eləcə də neft-qaz layihələrinə investisiya qoyuluşunu müzakirə ediblər.
Müəllif: Elmir Murad
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026