Azərbaycanda 4 bankın nizamnamə kapitalı artıb

16:41 - 2.06.2022


2 iyun, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il aprelin 1-nə nizamnamə kapitalı illik müqayisədə çox olub.

ABC.AZ  renkinq.az-a istinadla xəbər verir ki, bunlar “Zıraat Bank Azərbaycan”, “Naxçıvan Bank”, “Turan Bank” və “Unibank” ASC-lərdir.

Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan”da (31%), ən aşağı dinamika isə “Unibank”da (4%) qeydə alınıb.

Qalan 22 bankın nizamnamə kapitalı dəyişməyib.