Ukrayna Mill Bankı uçot dərəcəsini kəskin artırdı

15:50 - 2.06.2022


2 iyun, Fineko/abc.az. Ukrayna Mill Bankı (UMB) uçot dərəcəsi ilə bağlı iclas keçirib.

ABC.AZ xəbər verir ki, iclasda Ukraynanın əsas bankı uçot dərəcəsini 10%-dən rekord 25%-ə qaldırıb.

“Bu addımın məqsədi müharibə zamanı məzənnə sabitliyini təmin etmək və inflyasiya proseslərini saxlamaqdır”, – deyə məlumatda bildirilir.

Tənzimləyicinin izah edildiyi kimi, məzənnənin cüzi artımı Ukrayna iqtisadiyyatına lazımi təsir göstərməyəcək. Milli Bankın nünayəndələrinin fikrincə, bu, uçot dərəcəsinin daha da artması gözləntilərini və əmanətçilərin gözləmə mövqeyini və nəticədə qrivna aktivlərinə marağı formalaşdıracaq.