14:25 - 2.06.2022
2 iyun, Fineko/abc.az. Mayın 31-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə təyin edilmiş yeni üzvlərin adları qurumun saytında qeyd edilib.
ABC.AZ xəbər verir ki, bunlar Mərkəzi Bankın Baş direktoru Rəşad Təmraz oğlu Orucov və Mərkəzi Bankın sədrinin müşaviri Əliyar Qəhrəman oğlu Məmmədyarovdur.
Həmin bölmədə adları yer alan Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayevin adı isə oradan çıxarılıb.
Bu şəxslər sonuncu dəfə 2017-ci ilin mart ayında Milli Məclisin qərarı ilə 5 il müddətinə İH-nin üzvü seçilmişdilər.
Qeyd edək ki, Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur və İdarə Heyəti 7 nəfərdən ibarətdir. İdarə Heyətinin 4 əsas üzvündən 3-nün səlahiyyəti bu ilin mart ayında başa çatıb.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026