Valyuta hərracında banklar tələbi 85% artırdılar

12:35 - 2.06.2022


2 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, iyunun 2-də keçirilən valyuta hərracında $56,4 mln satılıb, bu, ötən hərracda olduğundan $26 mln (85,53%) çoxdur.

"Banklar tərəfindən valyuta hərracında tələbat $56,4 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.