Mərkəzi Bank Qazaxıstan şirkətinə qarşı cərimə protokolu tərtib edib

10:48 - 2.06.2022


2 iyun, Fineko/abc.az. Qazaxıstan şirkətinin ölkəmizdəki filialı barəsində Azərbaycan Mərkəzi Bankı iki cərimə protokolu tərtib edib.

ABC.AZ xəbər verir ki, Mərkəzi Bankı “KMG Drilling and Services Məhdud Məsuliyyətli Tərəfdaşlığı”nın Azərbaycan Respublikasındakı filialı barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib, məhkəməyə göndərib. Məhkəmə işinə Nəsimi Rayon Məhkəməsində baxılır.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.