Dünya Bankı nümayəndələri Bakıya niyə gəlir? - Təfərrüat

15:44 - 31.05.2022


31 may, Fineko/abc.az. Dünya Bankının Bərabər İnkişaf, maliyyə və institutlar üzrə regional direktoru Lalita Murti (Lalita Moorty) və qurumun Cənubi Qafqaz üzrə regional direktoru Sebastyan Molineus sabah Bakıya gələcək.

ABC.AZ Report-a istinadən xəbər verir ki, səfər iyunun 3-dək davam edəcək.

Məlumatda deyilir ki, səfərdə əsas məqsəd yeni hazırlanmış Azərbaycan üzrə tədqiqatın - Ölkə üzrə İqtisadi Memorandumun tərəfdaşlara və ictimaiyyətə təqdim edilməsidir.

Hazırda DB-nin Azərbaycandakı əməliyyatları 2015-ci ildə təsdiq edilmiş Tərəfdaşlıq Çərçivəsi Proqramı (CPF) ilə tənzimlənir.