Azərbaycanda banklar valyuta hərracına tələbi artırıblar

12:43 - 31.05.2022


31 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, mayın 31-də keçirilən valyuta hərracında $30,4 mln satılıb ki, bu da ötən hərracda olduğundan $6,4 mln (26,67%) çoxdur.

"Banklar tərəfindən valyuta hərracında tələb $30,4 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.