12:06 - 24.05.2022
24 may, Fineko/abc.az. Azərbaycanda banklarında vaxtı keçmiş kreditlərin səviyyəsi cüzi azalaraq 3.68%-ə düşüb.
ABC.AZ-ın məlumatına görə, bu barədə Mərkəzi Bankının 2022-ci ilin yanvar-aprel ayları üzrə icmal göstəricilərində qeyd edilib.
1 may 2022-ci il tarixinə olan göstəriciyə görə, Azərbaycanda 18 milyard 320milyon manatlıq ümumi kredit qoyuluşunun cəmi 674.8 mln. manatı vaxtı keçmiş kreditlər təşkil edir. Vaxtı keçmiş kreditlərin həcmi son ayda 1.5%, 26.8% azalıb.
Qeyd edək ki, ilin əvvəli vaxtı keçmiş kreditlərin payı ümumi kreditlərdə 4.2%, ötən ilin eyni dövründə isə 6.15% təşkil edirdi.
Müəllif: Elmir Murad
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026