Bank of England uçot dərəcəsini artırdı - Səbəb

16:35 - 5.05.2022


5 may, Fineko/abc.az. İngiltərənin əsas Bankı olan Bank of England uçot dərəcəsi barədə qərar verib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Bank uçot dərəcəsini 0,25 bənd artırıb.

Bundan sonra uçot dərəcəsi 0,75%-dən 1%-ə çatdırılıb. Müqayisə üçün qeyd edək ki, bu, ötən ilin dekabr ayından sonra 4-cü faiz artımı deməkdir.

Hazırda BoE-nin uçot dərəcəsi 2009-cu ildən bəri ən yüksək həddədir. Bankdan bunu Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra qlobal səviyyədə inflyasiya təzyiqləri kəskin artçası ilə əlaqələndiriblər.

Müəllif: Elmir Murad