12:30 - 5.05.2022
5 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi - "Bank BTB" 2022-ci ilin 1-ci rübü ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, hesabatda Bankın inzibati xərclərinin kəskin - 42% azaldığı qeyd edilib.
Belə ki, ötən ilin 1-ci rübündə Bank BTB-nin inzibati xərcləri 3 milyon 297 min manat təşkil etmişdisə, 2022-ci ilin 1-ci rübündə bu göstərici 1 milyon 913 min manat enib. Qeyd edək ki, inzibati xərclər əsasən əməkdaşların əmək haqqı, ofislərin icarə haqqı və təsərrüfat xərclərindən ibarətdir. Bu xərclərin azalması adətən bankın qənaətə keçməsinin göstəricisi sayılır. Nəticədə bank 1-ci rübü 93 min manat əməliyyat zərəri ilə baş vurub. Yəni bankın fəaliyyətindən əldə edilən gəlirləri onun xərclərini qarşılamaq üçün kifayət etməyib. Ötən ilin eyni dövründə bu göstərici 59 min manat olmuşdu.
Müəllif: Elmir Murad
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026