12:11 - 5.05.2022
5 may, Fineko/abc.az. Yanvar-mart aylarında "Bank BTB"nin faiz gəlirləri 6 milyon 859 min manat, faiz xərcləri 4 milyon 6 min manat təşkil edib.
ABC.AZ Bankın 2022-ci ilin 1-ci rübü ilə bağlı açıqladığı hesabata istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankın faiz gəlirləri 12,4%, faiz xərcləri isə 10,2% artıb. Nəticədə 1-ci rübdə xalis faiz gəliri isə 2 milyon 853 min manat olub.
İlk rübdə «Bank BTB»nin qeyri-faiz gəlirləri 2 qat azalaraq 1 milyon 56 min manata düşüb. Ötən ilin eyni dövründə bu göstərici 2 milyon manatdan artıq idi.
Bankın qeyri-faiz xərcləri isə 10,5% azalaraq 4 milyon 2 min manat düşüb – ötən il 4 474 min manat idi. Bu dövrdə banka göstərilən xidmətlər üzrə haqqı və komissiya xərcləri (yəni bankın xərcləri) 77% artaraq ötən ilki 1 milyon 178 min manatdan 2 milyon 89 main manata yüksəlib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026