Baş Bankir Bank rəhbərləri ilə görüşəcək

12:25 - 4.05.2022


4 may, Fineko/abc.az. Mərkəzi Bankın (AMB) İdarə heyətinin sədri Taleh Kazımov bu gün bank rəhbərləri ilə görüşəcək.

ABC.AZ-ın APA-ya istinadən xəbər verir ki, görüş zamanı Azərbaycanın bank sektorunun cari vəziyyəti müzakirə olunacaq.

Qeyd edək ki, görüş AMB-nin inzibati binasında baş tutacaq.

Xatırladaq ki, bu, AMB-nin yeni sədrinin bank rəhbərlərilə ilk görüşüdür.