Kredit faizlərinin aşağı salınması üçün baza formalaşdırıla bilər - Deputat

14:53 - 29.04.2022


29 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi millət vəkili Vüqar Bayramov Azərbaycan banklarının verdikləri kreditlərin bahalığı barədə şərh verib.

ABC.AZ-ın məlumatına görə, deputat qeyd edib ki, kredit faizlərinin aşağı salınması üçün bank sektorunda rəqabətin güclənməsi, bu sektorda konservativ siyasətdən mərhələli şəkildə liberal siyasətə keçidin təmin olunmasına ehtiyac var:

“Rəqabətin güclənməsi, kredit faizlərinin aşağı salınması üçün baza formalaşdırıla bilər. Bütün hallarda isə, faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.