"Yapı Kredi" Almaniyada bank alır

14:26 - 28.04.2022


28 aprel, Fineko/abc.az. Türkiyənin ilk özəl bankı "Yapı Kredi Bank" Almaniyada bank fəaliyyəti ilə məşğul olacaq.

ABC.AZ-ın məlumatına görə, bunun üçün bank artıq hərəkətə keçib.

Bankdan verilən açıqlamada qeyd olunub ki, bu məqsədlə Almaniyada bank lisenziyası olan "Bankhaus J. Faistt oHG"nin bütün səhmlərinin təxminən 9 milyon Avro qiymətinə alınmasına qərar verilib.

Sövdələşmənin 2023-cü ilin birinci rübündə tamamlanacağı gözlənilir.