13:02 - 28.04.2022
28 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatında deyilir ki, aprelin 28-də baş tutan valyuta hərracında $44 mln satılıb ki, bu da ötən hərracda olduğundan $17 mln (27,87%) azdır.
"Valyuta hərracında banklar tərəfindən tələb $44 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.
Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.
ABC.AZ-in hesablamalarına görə, 2022-ci ilin aprel ayında Mərkəzi Bankın valyuta hərraclarında Azərbaycan banklarına $548,7 mln satılıb ki, bu da 2022-ci ilin mart ayındaolduğundan 4,28% çox və 2021-ci ilin aprel ayından olduğundan 7,59% çoxdur.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026