POS terminalların sayı artıb - Çoxalma ən çox Bakının payına düşür

17:10 - 27.04.2022


27 aprel, Fineko/abc.az. 2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda POS terminalların sayı 66 268-ə çatıb.

Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, bu POS terminallardan 44 235 ədədi Bakıya, 22 033 ədədi isə regionların payına düşür.

Ötən illə müqayisədə POS terminalların sayı 14% artaraq 66 268 olub. Pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində istifadə olunan POS terminallar isə ümumi POS terminalların 98%-i (65 041) təşkil edir.

Cari ilin yanvar-mart aylarına Bakının pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində istifadə olunan POS terminalların 43 450 ədədi Bakıya, 21 591 ədədi isə regionların payına düşüb.